Xəbər lenti

İnfantino prezident seçildi, bəs püşkü kim keçirəcək?
İdman16:22 09.03.2016

İnfantino prezident seçildi, bəs püşkü kim keçirəcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çempionlar Liqası və Avropa Liqasının növbəti mərhələlərinin püşkatma mərasimini UEFA-nın Yarışların Keçirilməsi üzrə direktoru Corcio Marketti keçirəcək.

Qaynar.info xəbər verir ki, UEFA-nın mətbuat xidməti bununla bağlı açıqlama yayıb.

Belə ki, Çempionlar Liqasının növbəti mərhələsinin püşkünü Marketti Milanda keçiriləcək finalın səfiri argentinalı Xavyer Dzanetti ilə birgə keçirəcək. Avropa Liqasının püşkatmasında isə Markettiyə bu turnirin səfiri seçilmiş İsveçrə millisinin veteranı Aleksandr Fray kömək edəcək.

Qeyd edək ki, həmişə UEFA-nın əsas püşkatma mərasimlərini bu qurumun sabiq baş katibi Canni İnfantino keçirirdi. Ona Corcio Marketti köməklik edirdi. Lakin İnfantino fevralın 26-da FİFA-nın prezidenti seçildiyindən, artıq bu mümkün deyil.

Qaynar.info