Xəbər lenti

İnfantinonun ayağı düşərli oldu - Azərbaycan reytinqdə irəlilədi
İdman09:44 03.03.2016

İnfantinonun ayağı düşərli oldu - Azərbaycan reytinqdə irəlilədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

FİFA Canni İnfantinonun prezident seçilməsindən sonra milli komandaların reytinq cədvəlini açıqlayıb.

Qaynar.info xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası 4 pillə irəliləyərək 300 xalla 112-ci pillədə qərarlaşıb.

Halbuki fevralıda yığmamız heç bir rəsmi oyuna çıxmayıb. Buna səbəb yığmamızdan üst pillədə olan Çad və Fələstinin geriləmələridir.

Qeyd edək ki, ilk "10-luq"da dəyişiklik baş verməyib. Yenə Belçika millisi dünyanın 1 nömrəli komandası kimi FİFA reytinqinə başçılıq edir.

Qaynar.info