"İlkin proqnozlara görə, gələn ilin birinci yarısında da dünya bazarında qiymət artımları davam edəcək”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Dövlət Statistika Komitəsinin bu ilin ilk 10 ayında infilyasiyanın 6.2 faiz olması ilə bağlı məlumatını şərh edərkən deyib. Deputat bildirib ki, bu, 2017-ci ildən sonra ən yüksək illik rəsmi infilyasiya göstəricisidir:
"Rəsmi statistikaya əsasən, bu il ərzində bütün aylar üzrə əvvəlki aya nisbətən illik infilyasiya səviyyəsi daha yüksək olub. Belə ki, ilə rəsmi 2.7 faizlik illik infilyasiya ilə başlanılsa da bu rəqəm 10 ayda 3 dəfə bənd daha artıb. Komitənin hesablamalarına görə, ərzaq məhsullarının qiyməti daha çox yüksəlib. Belə ki, infilyasiya ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4 faiz olub. Noyabr ayında qiymət səviyyəsi əvvəlki ilin uyğun ayı ilə müqayisədə 11,1 faiz çox olub”.
Deputatın fikirincə, rəsmi infilyaisya rəqəmi göstərir ki, istehlak bazarında qiymətlərin optimallaşdırılması üçün daxili təklifin artırılması və fermerlərin paytaxt bazarlarına çıxışının təşviq edilməsinə ehtiyac var:
"Qarşıdan bayram günlərin gəldiyini nəzərə alsaq, paytaxtda mütəmadi fermer yarmarkalarının təşkili məqsədəuyğun olardı. Bu zaman xərclərin bir hissəsinin o cümlədən nəqliyyat xərclərinin yerli icra hakimiyyəti orqanları və müvafiq mərkəzi icra hakimiyyəti qurumu tərəfindən qarşılanmasına ehtiyac var”.
Vüqar Bayramov hesab edir ki, ümumi istehlakda yerli istehsalının payının artırılması prioriteti daha da aktuallaşır:
"İnfilyasiyanın minimumlaşdırılması üçün yerli istehsalın genişləndirilməsi olduqca vacibdir”.
Bahar Rüstəmli