ING (Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası) Azərbaycanda pul siyasəti ilə bağlı proqnozunu açıqlayıb.
Valyuta.az xəbər verir ki, ING-nin proqnozuna görə, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin sonuna kimi uçot faiz dərəcəsini 8.5% səviyyəsində saxlayacaq.
ING hesab edir ki, AMB pul siyasətini 2024-2025-ci illərdə daha da yumşaldacaq.
Korporasiyanın proqnozuna görə, 2024-cü ilin əvvəlində Mərkəzi Bank uçot dərəcəsini 8.00%-ə endirəcək və il boyu pul siyasəti sabit ilə bağlı qərarlar dəyişməyəcək. Mərkəzi Bank 2025-ci ilin birinci rübündə uçot faiz dərəcəsini 7.75%-dək, ilin sonunda isə 7.00-dək azaldacaq.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının son qərarına əsasən uçot dərəcəsi 8.5% müəyyən edilib.