Xəbər lenti

İngilis qadın jurnalist "Beşiktaş" azarkeşi çıxdı
İdman11:17 26.07.2016

İngilis qadın jurnalist "Beşiktaş" azarkeşi çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"TRT World" telekanalının idman jurnalisti Samanta Conson "Beşiktaş" azarkeşi olduğunu açıqlayıb.

Qaynarinfo.Az xəbər verir ki, əvvəllər "Sky Sports", "Bein Sports", "Çelsi TV" kimi məşhur telekanallarda çalışmış ingilis jurnalist bu haqda bunları deyib:

"Çempionlar Liqasına gedən türk komandaları haqda beynəlxalq mediada danışılır, İstanbul komandaları tanınır. Mən də tanıyırdın və bura gələndə "Beşiktaş" azarkeşi oldum! Çox gözəl bir stadionumuz var! Azarkeşlər inanılmazdır... Çox coşqundurlar, tez-tez mahnılar, şüarlar səsləndirirlər. Premyer Liqada insanlar səssiz matç izləyirlər. Üstəlik həyatımda ilk dəfə burda cəza aldım! Bir "Beşiktaş" matçını izlədikdən sonra dostumdan növbəti oyunda cəzalı olduğumu öyrəndim. Amma pis qız olmaq xoşuma gəlmədi də deyə bilmərəm (gülür)".

Qaynarinfo.Az