
Marsel şəhərində ruslarla davaya görə UEFA tərəfindən ciddi nəzarətə götürülən ingilis fanatlar Fransada yenə özlərini yaxşı aparmayıblar.
Qaynarinfo.az xəbər verir ki, Parisdə olan ingilis fanatlar azyaşlı uşaqlara (böyük ehtimalla, suriyalı qaçqınların uşaqlarıdır - red.) sent atmaqla onlarla əyləniblər.
Qeyd edək ki, bu hadisənin oxşarı bu ilin martında Madriddə də yaşanmışdı. Belə ki, onda Hollandiyanın PSV klubunun azarkeşləri Çempionlar Liqasının "Atletiko" ilə oyunundan əvvəl qaraçı qadınlara xırda pullar atmaqla əylənmiş və bu da sosial mediada yaxşı qarşılanmamışdı. Həmin anın görüntülərini də bir daha təqdim edirik.
Qaynarinfo.az