Xəbər lenti

İngilislər Tofiq Bəhramovu belə yad etdilər – VİDEO
İdman09:54 06.06.2014

İngilislər Tofiq Bəhramovu belə yad etdilər – VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İngilislər yeni animasiya çarxını təqdim ediblər.

Dünyanın tanınmış “Goal.com” saytı İngiltərə yığması ilə bağlı maraqlı animasiya çarxı hazırlayıb. 

Qaynar.info ANS PRESS-ə istinadən xəbər verir ki, çarxda ingilis futbolçuların Dünya Çempionatlarındakı oyunlarında başlarına gələn hadisələr əks olunub.

Azərbaycanlı hakim Tofiq Bəhramovun da yer aldığı videoda 1966-cı ildə İngiltərədə keçirilən VIII dünya çempionatının finalındakı qərarı əks olunub. Animasiyada İngiltərə komandasının lehinə qərar verən T.Bəhramov Uembley stadionunda toplaşmış 98 min azarkeşi sevindirir. 

Çarxda Maradonanın 1986-cı ildə İngiltərə qapısına əl ilə vurduğu qol da yaddan çıxmayıb. Videoda argentinalı “Tanrının əli” adlandırdığı qolu vurduqdan sonra özünü mələk kimi göstərir. 

Qaynar.info