Xəbər lenti

İngiltərə futbolunda 30 il əvvəlki faciədən sonra qoyulan qadağa ləğv olunur (FOTOLAR)
İdman15:32 09.11.2021

İngiltərə futbolunda 30 il əvvəlki faciədən sonra qoyulan qadağa ləğv olunur (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
30 il əvvəl baş verən "Hilsburq faciəsi"ndən sonra yayımlanan Teylor Raportu ilə matçlarda tamaşaçıların ayaqüstə dayanması qadağası gələn ildən etibarən ləğv ediləcək. 
Qaynarinfo xəbər verir ki, 2022-ci ildən etibarən bu proqramı tətbiq etmək üçün 5 kluba lisenziya verilib. Premyer Liqada tamaşaçıların həm də ayaqüstə izləyə biləcəyi ilk qarşılşama "Çelsi" ilə "Liverpul" arasında "Stemford Bric"də keçiriləcək. Tribunadakı oturacaqların müəyyən qisminin götürülməsi üçün riayət edilməli olan bir protokol var. Bunu həyata keçirmək istəyən klublar həmin tribunalarda aradan qaldırılan oturacaqların sayı qədər azarkeş qəbul edə bilərlər. 
1989-cu ilin 15 aprelində İngiltərənn Şeffild şəhərində keçirilən Federasiya Kubokunun yarımfinalında "Nottingem Forest"lə "Liverpul" qarşılaşırdı. Oyunun keçirildiyi "Hilsburq" stadionununa gələn azarkeşlər böyük faciənin qurbanı oldular. Belə ki, tribunalara lazım olandan daha çox azarkeşin toplanması nəticəsində, stadionda çıxan xaosda 96 "Liverpul" fanatı tel hörgülərə sıxılaraq həyatını itirmişdi. Bu olaydan sonra yazılan Teylor Raportu ölkədə futbola baxışı dəyişdirdi və bugünkü sağlam mühit yarandı. 
1991-ci ildə həmin 96 nəfərin qəza səbəbi ilə öldüyünə qərar verilmişdi. Amma 2012-ci ildə hadisə ilə bağlı iş yenidən araşdırılmağa başlandı. Aradan keçən illərdə sistemli şəkildə ittiham olunan azarkeşlər rəsmən bəraət aldılar. Bununlıa yanaşı 96 nəfərin ölümünə məhz hakimiyyət orqanlarının səhlənkarlığının səbəb olduğu qərara alındı.
Səbuhi Həsənov