Xəbər lenti

İngiltərə futbolunda yoluxma rekordu
İdman09:14 28.12.2021

İngiltərə futbolunda yoluxma rekordu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərə Premyer Liqasında son bir həftədə yeni növ koronavirusa yoluxanların sayı rekord həddə - 103 nəfərə çatıb.
Qaynarinfo xəbər verir ki, bu haqda Premyer Liqanın saytında açıqlama yer alıb. Məlumata görə 20-26 dekabr tarixləri arasında 15186 test aparılıb. Onlardan 103-nün nəticəsi müsbət olub.
Bu halların sayı Covid-19 epidemiyasının başlanmasından bəri ən yüksək səviyyəyə çatıb. Premyer Liqada bu ay koronavirusa görə indiyədək 15 oyun təxirə salınıb.
Səbuhi Həsənov