Xəbər lenti

İngiltərə İranı darmadağın etdi - DÇ-2022-də 8 qolluq oyun
İdman15:12 21.11.2022

İngiltərə İranı darmadağın etdi - DÇ-2022-də 8 qolluq oyun

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha bir oyun keçirilib.
Qaynarinfo xəbər verir ki, günün ilk matçı B qrupunda İngiltərə və İran arasında baş tutub. Dohadakı "Xəlifə" stadionunda keçirilən görüş infilislərin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:1.
Qeyd edək ki, günün ikinci oyununda A qrupunda Niderland və Seneqal milliləri qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 20.00-da start götürəcək. Bu qrupun birinci oyununda Ekvador meydan sahibi Qətəri 2:0 hesabı ilə yenib.
Nəhayət günün son matçında ABŞ Uelslə üz-üzə gələcək. "Əhməd ibn Əli" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
DÇ-2022
21 noyabr
B qrupu
İngiltərə - İran 6:2
Qollar: Cud Bellingem, 35. Bukayo Saka, 43; 62. Rahim Sterlinq, 45+1. Markus Raşford, 71. Cek Qriliş, 90 - Mehdi Taremi, 65: 90+13.
Baş hakim: Rafael Klaus (Braziliya).
"Xəlifə" stadionu.