İngiltərə Çempionşipində çıxış edən "Uotford" xorvatiyalı baş məşqçi Slaven Biliçin istefaya göndərildiyini açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, uğursuz nəticələrə görə sentyabrda məşqçi təyin olunan 54 yaşlı Biliç və onun köməkçiləri ilə yolları ayrılıbı. klub onun yerinə Kris Uaylderin gətirildiyini elan edib.
İngiltərə təmsilçisini mövsümün sonuna kimi 55 yaşlı Uaylder çalışdıracaq. İngilis mütəxəssis sonuncu dəfə ötən il "Midlsbro”da çalışıb.
Uotford Biliçin rəhbərliyi altında keçirdiyi son 8 matçda yalnız bir qələbə qazanıb. Komanda 51 xalla 9-cu pillədə qərarlaşıb.
2013-2015 mövsümləri arasında "Beşiktaş"ın çalışdırıcısı olan Biliç "Hayduk Split", "Lokomotiv" (Moskva), "Vest Hem", "El-İttihad", "Vest Bromviç" və "Pekin Quoan"la yanaşı, Xorvatiya millisinə də rəhbərlik edib.
Səbuhi Həsənov