İngiltərənin Stenford şəhərini təmsil edən eyniadlı futbol klubunun qadınlardan ibarət komandasının üzvü Keti Meyer 22 yaşında Kaliforniya universitetinin kampusunda ölü tapılıb.
Qaynarinfo "İndependent"ə istinadən xəbər verir ki, komandanın qapıçısı və kapitanının universitetin kampusundakı yaşayış zalında dünyasını dəyişdiyi təsdiqlənsə də, ölüm səbəbi dərhal açıqlanmayıb.
Universitetin "Beynəlxalq münasibətlər və tarix" fakultəsinin gənc tələbəsi "Stenford"un 2019-cu ildə milli çempionatda birinciliyi qazanmasında pay sahibi olub.
"Stenford"un idman direktoru Bernard Muir verdiyi açıqlamada "Keti Meyerin vəfatı ilə bağlı hiss etdiyimiz dərin kədəri ifadə etmək üçün heç bir söz yoxdur" - deyə bildirib. Klub
futbolçunun ölümü ilə əlaqədar bəyanat da yayaraq yaxınlarına başsağlığı verib.
<script async="" src="https://platform.twitter.com/widgets.js" charset="utf-8">
//
Səbuhi Həsənov