Xəbər lenti

İngiltərə millisinin sabiq futbolçusu 6 il müddətinə həbs olundu - FOTO
İdman21:26 24.03.2016

İngiltərə millisinin sabiq futbolçusu 6 il müddətinə həbs olundu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sanderlend" komandasının sabiq futbolçusu Adam Conson 15 yaşlı pərəstişkarı ilə cinsi əlaqədə olduğu üçün 6 il müddətinə həbs olunub. 
İngiltərənin Bredford şəhərində hakim qarşısına çıxan Conson səsləndirilən 4 ittihamdan 2-ni qəbul edib. 28 yaşlı futbolçu yetkinlik yaşına çatmayan uşaqla cinsi əlaqəyə girdiyini və bir dəfə də cinsi istismara məruz qoyduğunu etiraf edib.  
İngiltərə milli komandasında 2010-2012-ci illərdə 12 dəfə forma geyinmiş Conson ötən ilin mart ayında polis tərəfindən saxlanılsa da, daha sonra azadlığa buraxılmışdı. O, 6 illik həbs cəzasından əlavə, cərimə də ödəməli olacaq. Belə ki, hakim prokurorun tələb etdiyi 67132 funt cərimədən 50 mininin ödənilməsini Consona öhdəlik kimi qoyub. Polisin araşdırması zamanı onun noutbukundan insanların heyvanlarla cinsi əlaqəsini əks etdirən pornoqrafiya görüntüləri də tapıb. Belə cinsi əlaqə isə Böyük Britaniyada qadağandır. 
Qeyd edək ki, Adam Conson "Mançester Siti"də 2010-2012-ci illərdə oynadıqdan sonra "Sanderlend"ə transfer olub. O bu mövsüm "Sanderlend" formasıyla 20 maça çıxmışdı.
Qaynar.info