İngiltərə millisinin "Mançester Siti"nin keçmiş ulduzu Fabian Delf karyerasını bitirib.
Qaynarinfo xəbər verir ki, "Lids", "Aston Villa”, "Mançester Siti” və "Everton”da çıxış edən yarımmüdafiəçi sosial şəbəkə hesabı vasitəsilə futboldan getdiyini açıqlayıb. O, sonuncu dəfə çıxış etdiyi "Everton"dan ayrılandan sonra heç bir komanda ilə müqavilə imzalamayıb.
2019-cu ilin yayında "Mançester Siti”dən 9,5 milyon avroya "Everton”a transfer olunan Delf 3 mövsümdür ki, mersisaydlıların formasını geyinirdi.
İngiltərə millisinin heyətində 20 oyunda meydana çıxan futbolçu karyerası ərzində 2 dəfə Premyer Liqanın, 3 dəfə Liqa Kubokunun, 1 dəfə İngiltərə Kubokunun və "Community Shield"in qalibi adını qazanıb.
Səbuhi Həsənov