Xəbər lenti

İngiltərə Premyer Liqasının təmsilçisi rus sponsorlarla əməkdaşlığı dayandırdı
İdman08:17 03.03.2022

İngiltərə Premyer Liqasının təmsilçisi rus sponsorlarla əməkdaşlığı dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərə Premyer Liqası təmsilçisi "Everton" rus sponsorlarından imtina edib.
Qaynarinfo xəbər verir ki, Mersisayd klubu oliqarx Əlişir Usmanova məxsus üç şirkət - USM, "Megafon" və "Yota" ilə əməkdaşlığı dayandırıb.
Bu haqda klubun yaydığı bəyanatda bildirilib: "Everton"da hər kəs Ukraynada baş verən dəhşətli hadisələrə görə şokdadır və kədərlənir. Bu faciəvi vəziyyətə ən qısa zamanda son qoyulmalı və daha çox insan tələfatının qarşısı alınmalıdır. Oyunçular, məşqçilər heyəti, "Everton”da çalışan hər kəs futbolçumuz Vitali Mikolenko və onun ailəsinə tam dəstək verir və bunu davam etdirəcək. Klub təsdiq edə bilər ki, o, Rusiyanın USM, Megafon və Yota şirkətləri ilə bütün kommersiya sponsorluq razılaşmalarını dərhal dayandırıb".
USM-lə sponsorluq müqaviləsinin bir hissəsinə "Everton"un məşq meydançasının adının dəyişdirilməsi daxildir. Usmanovun sahibi olduğu "Megafon" isə klubun qadınlardan və kişilərdən ibarət komandalarının üzvlərini köynəklər, həmçinin məşq formaları ilə təmin edirdi. USM ilə sponsorluq müqaviləsi Evertonun 2019/20 mövsümündə kommersiya sövdələşmələrindən əldə etdiyi ümumi gəlirin ən azı 66%-ni təşkil etdiyi bildirilir.
Yanvarda Kiyev "Dinamo"sundan "Everton"a transfer olunan ukraynalı sol cinah müdafiəçisi Mikolenko, indiyə qədər Premyer Liqada yalnız bir oyunda forma geyinib.
Səbuhi Həsənov