Xəbər lenti

İngiltərədə futbolçuların qazancları artacaq
İdman06:28 29.09.2022

İngiltərədə futbolçuların qazancları artacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərə Premyer Liqasında çıxış edən futbolçular hökumətin yeni vergi və sığorta tətbiqindən sonra ildə 240 min funt sterlinq daha çox qazanacaqlar.
 
Qaynarinfo xəbər verir ki, bu mənada Premyer Liqanın ən çox qazanan futbolçusu Kriştiano Ronaldo gəlirini artıracaq. İngiltərə mətbuatında yer alan xəbərə görə, ən yüksək vergi dərəcəsi 45 faizdən 40-a endirilib. Bu, ildə 4 milyon sterlinq civarında məvacib alan futbolçunun qazncını daha da artıracaq. 
Yeni reqlament xaricdəki futbolçular üçün daha cəlbedici ola biləcək. Xəbərdə həftədə 400 min funt sterlinq qazanan "Mançester Yunayted"in portuqaliyalı ulduzu Kriştiano Ronaldonun ildə əlavə olaraq 1,3 milyon funt sterlinq qazanacağı bildirilib.
Avropanın digər böyük liqalarından biri olan İtaliyada xaricdəki oyunçular ən azı iki illik müqavilə imzaladıqları təqdirdə maaşlarının ilk 50 faizini beş il müddətində vergidən azad edə bilərlər. Vergi dərəcələrinin bölgələrə görə dəyişdiyi İspaniyada ən yüksək faiz 43 və 47 arasında olduğu halda, Almaniyada 274 min avrodan yuxarı qazanclardan 45 faiz vergi tutulur.
Səbuhi Həsənov