İdman 18:00 14.05.2022

İngiltərədə mövsümün ən yaxşıları seçilir - Ronaldo siyahıda yoxdur

İngiltərə Premyer Liqasında 2021-22 mövsümünün ən yaxşı oyunçusu və məşqçisi kateqoriyalarında namizədlər müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, bu haqda Premyer Liqadan rəsmi açıqlama verilib. Açıqlamaya görə "Liverpul"dan Məhəmməd Salah , Trent Aleksander-Arnold, "Mançester Siti"dən Kevin De Bröyne, Joao Kanselo, "Tottenhem"dan Henq-Min Son, "Arsenal"dan Bukayo Saka, "Vest Hem" Cerrod Bouen və "Sauthempton"dan Ceyms Uorrou mövsümün ən yaxşısı adına namizədlər arasındadır. 

"Mançester Yunayted"in portuqaliyalı ulduzu Kriştiano Ronaldo isə bu mövsüm iki dəfə ayın futbolçusu seçilməsinə baxmayaraq, ən yaxşılar arasında yer ala bilməyib. Liqanın statistikasına görə, cari mövsümdə 22 qola və 13  məhsuldar ötürməyə imza atan Salah hər iki zolaqda liderdir.

Ən yaxşı baş məşqçi adına namizədlərin siyahısında isə Tomas Frank ("Brentford"), Pep Qvardiola ("Mançester Siti"), Eddi Hou ("Nyukasl"), Yurgen Klopp ("Liverpul") və Patrik Vieyra ("Kristal Palas") yer alıb. 

Mövsümün ən yaxşıları azarkeşlərin, komanda kapitanlarının və futbol mütəxəssislərinin səsverməsindən sonra müəyyənləşəcək. 

Səbuhi Həsənov