Premyer Liqa klubları yeni növ koronavirus infeksiyası səbəbindən İngiltərənin qırmızı siyahısındakı ölkələrdə oyun keçirəcək yığmalara futbolçu göndərməmək qərarına gəlib.
Qaynarinfo xəbər verir ki, bu haqda yarışın internet səhifəsində açıqlama verilib. Qərarın sentyabrda keçiriləcək oyunlarda millilərə dəvət almış 60 futbolçunu əhatə edəcəyi bildirilib. Hansı ki, həmin futbolçular İngiltərənin qırmızı siyahısında yer alan 26 ölkə səyahət etməlidir.
Açıqlamada qırmızı siyahıda yer alan ölkələrdən qayıdan və 10 günlük məcburi karantinə götürülən futbolçuların Premyer Liqada, UEFA-nın bayrağı altında keçirilən yarışlarda və İngilətərnin Liqa Kubokunda müəyyən oyunlarda iştirak edə bilməyəcəyi də vurğulanıb.
Səbuhi Həsənov