İngiltərə Çempionşip komandaları "Fulhem" və "Blekpul" arasında keçirilən matçda xoşagəlməz hadisə yaşanıb.
Qaynarinfo xəbər verir ki, Pol Pariş adlı "Fulhem” azarkeşi oyun zamanı qəfil yerə yıxılıb. Matçın keçirildiyi "Craven Cottage" stationunun tribunasında yaşanan hadisə zamanı hər iki klubun tibbi personalı ona yardım etməyə çalışıb. Ətrafdakı azarkeşlər isə xəstəyə yardım gösərməyə çalışan tibb işçilərini bayraqlarla əhatələyib. Hətta buna görə oyunda fasilə yaranıb və futbolçular meydanı tərk edərək paltardəyişmə otağına yollanıb.
Azarkeş isə ilk müdaxilələrdən sonra xərəkdə tribunadan çıxarılaraq xəstəxanaya aparılması üçün təcili yardıma köçürülüb. Bütün müdaxilələrə baxmayaraq fubol fanatının həyatını xilas etmək mümkün olmayıb.
"Fulham" də onun şənbə günü vəfat etməsi ilə bağlı faciəli xəbəri təsdiqləyib.
Səbuhi Həsənov