Superliqa komandalarından "Qaziantep"də çıxış edən İngiltərə əsilli Stiven Koulker milli komanda seçimində dəyişiklik edib.
Qaynarinfo xəbər verir ki, Syerra Leonenin yığmasında oynamasına icazə verilən futbolçu Afrika Millətlər Kubokunda çıxış edə biləcək.
BBC-də yer alan xəbərə görə, Sierra Leone Futbol Federasiyasının prezidenti Tomas Daddi Brima, Kaulkerin Sierra Leone millisində oynamasına FİFA tərəfindən icazə verildiyini açıqlayıb.
Babası Syerra Leoneli olduğu üçün millinin dəyişdirilməsi ilə bağlı müraciəti qəbul edilən futbolçu karyerası ərzində İngiltərə millisində cəmi bir dəfə, 2012-ci ildə yoldaşlıq oyununda çıxış edib.
Səbuhi Həsənov