Xəbər lenti

Çinli dünya çempionu təcavüzə məruz qaldığını etiraf etdi
İdman07:34 04.11.2021

Çinli dünya çempionu təcavüzə məruz qaldığını etiraf etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tennis üzrə sabiq dünya çempionu Şuay Penq etirafı ilə gündəmə gəlib.
Qaynarinfo xəbər verir ki, sabiq "1 nömrə" Çinin keçmiş baş nazir köməkçisi Zanq Qaoli tərəfindən təcavüzə məruz qaldığını iddia edib. O, bu etirafı ölkənin sosial şəbəkə saytı "Sina Weibo"ya yazıb. 35 yaşlı tennisçi 2013 və 2018-ci illərdə Çində baş nazir köməkçisi kimi fəaliyyət göstərmiş Qaoli tərəfindən 3 il əvvəl cinsi zorakılığa məruz qalması ilə bağlı mesaj paylaşıb.  
"Eurosport"un məlumatına görə internetin dövlət nəzarəti altında olduğu Çində tennisçinin mesajı yayımlandıqdan təxminən yarım saat sonra silinib. Ancaq mesaj silindikdən sonra idmançının adı ilə bağlı axtarışlar artıb və yazının fotogörüntüləri digər özəl sosial şəbəkə vasitələrindəki qruplarda paylaşılıb. Çində "MeToo" hərəkatının başlamasından bəri ilk dəfə ölkədə Kommunist Partiyası üzvü təcavüzdə günahlandırılıb. 
Qadın tennisçilər arasında 2013-cü ildə "Uinbildon", 2014-ci ildə isə Fransada çempionluq yaşayaraq dünyanın "1 nömrəsi"nə çevrilən Penq bunu bacaran ilk idmançı olmuşdu. 
Səbuhi Həsənov