Xəbər lenti

Bu ölkə milyarder qadınların sayına görə liderdir
Ekonomiks12:52 02.05.2018

Bu ölkə milyarder qadınların sayına görə liderdir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çinli qadınların iqtisadiyyatın inkişafında rolu artmaqda davam edir.
Qaynarinfo xəbər verir ki, Qlobal Makkinzi Universitetinin hesabatına görə, Çinin ümumdaxili məhsulunun 41%-i qadınların payına düşür. Bu cəhətdən Asiyada liderlik Çindədir. Dünyada öz hesabına milyarder olan 147 qadından 114-ü çinlidir. ABŞ-da bu rəqəm sadəcə 14-ə bərabərdir. "Apple", "Samsung" kimi elektronika nəhənglərinə ekran istehsal edən "Lens Technology" şirkətinin sahibi Xao Kyunfey 9,8 milyard sərvətə sahibdir. Kasıb ailənin nümayəndəsi olmuş 48 yaşlı milyarder xanım dünyanın ən varlı 16-cı qadınıdır. 
Çinli qadınların iş həyatındakı uğurları belə davam etsə, 2025-ci ildə ümumdaxili məhsulun dəyəri 2,6 trilyon dollar olacaq və 13% artacaq. Bu, Fransa iqtisadiyyatının həcminə bərabərdir. 
Filippin və Hindistanda da qadınların iqtisadi həyatdakı rolu artmaqda davam edir. Filippin bu cəhətdən dünyada 7-ci sıradadır. Hindistanda isə 2025-ci ildə qadınların iqtisadiyyata xeyri 27%-dən 37%-ə qalxacaq və ümumdaxili məhsulun 18% artımına səbəb olacaq.
Gülşən