Xəbər lenti

Foto 17:14 19.12.2023

"İnşaatçılar" metrosunun ətrafındakı bazar yığışdırıldı (FOTOLAR)

Yasamal rayonu, "İnşaatçılar" metrosunun ətrafındakı qeyri-qanuni ticarət obyektləri yığışdırılıb.

Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

DİN rəsmisi bildirib ki, ərazidəki obyektlər yığışdırılıb və piyadaların sərbəst hərəkəti bərpa edilib.

Qeyd edək ki, bir müddətdir "İnşaatçılar" metrosunun dörd bir yanı bazara çevirilib. Ərazidə yaşayan sakinlər bildirib ki, metronun bütün çıxış hissəsələrində bu cür ticarət köşkləri qoyularaq, meyvə-tərəvəz satışı həyata keçirilir. Nəticədə bu, insanların maneəsiz hərəkətinə problem yaradır. Bu azmış kimi dayanacaqlarda sərnişinlərin avtobuslara minib-düşməsinə təsir göstərir. 

Digər bir tərəfdən axşamlar isə ərazi yığışdırılmasa, üfünət iyindən keçmək olmur. Problemlə bağlı Yasamal İcra Hakimiyyəti heç bir tədbir görmür.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->