Xəbər lenti

İnsan tüklərini Çindən 13, Türkiyədən 987, ABŞ-dən isə 4 314 dollara alırıq
Ekonomiks 10:16 22.02.2025

İnsan tüklərini Çindən 13, Türkiyədən 987, ABŞ-dən isə 4 314 dollara alırıq

Ötən il Azərbaycana xaricdən 209 kiloqram insan tükü gətirilib.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, insan tüklərinin idxalı əvvəlki illə müqayisədə kəskin artıb.

Belə ki, 2023-cü ildə ölkəyə cəmi 58 kiloqram insan tükü idxal olunub. Rəqəmlərdən də göründüyü kimi idxal olunan insan tükünün miqdarı 3,6 dəfə artıb.

Xaricdən gətirilən insan tükünün 1 kiloqramının orta gömrük dəyəri 2023-cü ildə 230 dollar (391 manat) olduğu halda, ötən il bu göstərici 91 dollara (155 manat) düşüb.

Qeyd edək ki, insan tükləri Azərbaycana 3 ölkədən – Çin, Türkiyə və ABŞ-dan gətirilib:

Çin – 193,5 kiloqram (1 kiloqramının orta gömrük dəyəri 13 dollar);
Türkiyə – 15,2 kiloqram (1 kiloqramının orta gömrük dəyəri 987 dollar);
ABŞ – 0,35 kiloqram (1 kiloqramının orta gömrük dəyəri 4 314 dollar).

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->