Xəbər lenti

“Instagram” da bu funksiyanı aktivləşdirdi
Texnologiya16:00 25.04.2018

“Instagram” da bu funksiyanı aktivləşdirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Instagram” servisinin komandası "Facebook” sosial şəbəkəsində "Məlumatlarınızı yükləyin” ("Download Your Information”) funksiyasının analoqunu təqdim edib.
Qaynarinfo  ICTnews-a istinadən xəbər verir ki, bu alət "Instagram”a yüklənmiş bütün məzmunu yükləməyə imkan verir.
Hazırda "Data Download” funksiyası xidmətin saytı vasitəsilə bütün istifadəçilər üçün əlçatandır, sözügedən funksiya yaxın vaxtlarda mobil proqram üçün də təqdim ediləcək.
Sorğu formasına elektron poçt ünvanı daxil edən istifadəçiyə öz hesabındakı məzmunu yükləməyə imkan verən linkdən ibarət məktub göndəriləcək. 48 saat ərzində sorğuya cavab verilir.