Xəbər lenti

İnstaqramdan daha bir yenilik
Ölkə17:40 15.12.2016

İnstaqramdan daha bir yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İnstaqram foto paylaşım şəbəkəsi istifadəçiləri üçün daha bir yeniliyə imza atıb.

Qaynarinfo.Az axşam.az-a istinadən xəbər verir ki, artıq istifadəçilər İnstaqramda bəyəndikləri fotoları saxlaya biləcəklər.

Saxlanılan paylaşımlar xüsusi bir qovluqda toplanacaq. İstifadəçi istədiyi zaman bu qovluğu açaraq paylaşımları "offline" rejimdə də izləyə biləcək.

Hər hansı fotonu saxlamaq üçün isə sağ tərəfdə yerləşdiriləcək işarəni basmaq kifayət edəcək. Bu xidmət videolarda da keçərli olacaq.

Yeni xidmət ilk olaraq ABŞ istifadəçilərinin ixtiyarına veriləcək. Daha sonra isə bütün dünyada yayılacaq.

Xatırladaq ki, "Facebook" 2012-ci ildə İnstaqramı 1 milyard dollara satın alıb. Bundan sonra şəbəkədə bəzi yeniliklər aparılıb. Məsələn, bu il paylaşılan videoların müddəti 30 saniyədən 1 dəqiqəyə kimi yüksəlib. Yaxın günlərdə canlı video xidməti də işə düşəcək.

Qaynarinfo.Az