Xəbər lenti

İntellektual telefoniya sisteminin inteqrasiya imkanlari (VİDEO)
Ekonomiks06:39 22.09.2017

İntellektual telefoniya sisteminin inteqrasiya imkanlari (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müasir dövrdə Çağrı Mərkəzlərinə ehtiyac artmaqdadır. Dünyada iqtisadi böhran yaşandıqdan sonra, biznes sahibləri hər bir müştərinin nə dərəcədə önəmli və dəyərli olduğunu, həmçinin itirilmiş/buraxılmış zəng = itirilmiş müştəri formulunu dərk etdilər. Məhz bu zaman Çağrı Mərkəzlərinin rolu önə çəkildi. Biznesmenlər, sahibkarlar Call Center-lərin inkişafı və sabit işinin təşkil olunması üçün ən keyfiyyətli avadanlıqlar, ən öncül sistemlər əldə etməyə başladılar. Lakin zaman keçdikcə innovativ həllər yarandığından və sistemlər fərqli olduğundan müştərilərin tələbləri də genişlənir və böyüyür. 

Çağrı Mərkəzlərinin tətbiqi zamanı sistem inteqrasiya imkanına malikdirsə, şirkətin Çağrı Mərkəzinin işi də asanlaşır. Məsələn, ProSpect ERP-inin təklif edtiyi ProCALL İntellektual Telefoniya Sistemi həm təhlükəsiz, həm 24/7 işləməyə qadir olan, həm də olduqca flexible/uyğunlaşan bir sistemdir. 

17 modula sahib ProCALL İntellektual Telefoniya Sistemi müxtəlif platformalarla inteqrasiya oluna bilir. Ümumiyyətlə ProCALL sisteminin  müxtəlif məlumat bazalarına (MSSQL, ORACLE PSOT postgre MySQL) API-lər vasitəsilə rahat qoşulmaq imkanı var ki, bu inteqrasiya imkanlarını bir neçə seqmentə ayırmaq olar:

1.Bank- Maliyyə proqram təminatları:

Təcrübəmizdə bank sistemlərindən GNİ Softla, maliyyə sistemlərindən 1C, Logo Unity ilə inteqrasiyalar həyata keçirilmişdir. Bank sistemi ilə inteqrasiya təkcə zəng anında müştəri məlumatlarının Operatorun ekranında əks olunması ilə bitmir. Bundan əlavə inteqrasiya Telefon Bankçılığı həyata keçirməyə imkan verir. Balansın öyrənilməsi, hesabın bloklanması, ödənişlərin və ən əsası da Card-to-Card əməliyyatlarının telefon vasitəsilə həyata keçirilməsi bu tip inteqrasiyalar sayəsində mümkündür. 

2.Pərakəndə satış proqram təminatları:

Pərakəndə satış sahəsində ən çox istifadə olunan və müştəri məlumatlarının qeydiyyatının aparıldığı proqram təminatları arasında 1C və Logo Unity-nin müxtəlif versiyaları, CRM sistemlərindən Sales Force, Magento, SAP və s. xüsusi yer almaqdadır. Müştərilərə daxil olan zəng zamanı operativ xidmətin göstərilməsi üçün zəng anında müştəri haqqında və onun zəng etdiyi şirkətlə "münasibətlərinin” tarixçəsi haqqında məlumatı əldə etməyin böyük rolu var. ProCALL İntellektual Telefoniya Sisteminin inteqrasiya imkanları sayəsində istifadəçilər effektiv xidməti təşkil edə bilirlər. 

3.Tibb sahələri üçün özəl proqram təminatları: 

Təcrübəmizdə Akgün, Fonet kimi məşhur tibb proqramları ilə də inteqrasiyalara rast gəlinir. Pasientlərin tarixçəsi, həkimin qəbuluna yazılma, analizlərin cavabları haqqında məlumatın əldə edilməsi və s. kimi imkanların avtomatlaşdırılması üçün ProCALL və Tibb proqramları arasında inteqrasiya həyata keçirilib. 

4.Təhsil və tədris ocaqları üçün özəl və standart proqram təminatları: 

ProCALL İntellektual Telefoniya Sisteminin Tədris ocaqlarında şagird və valideyn portallarına, təhlükəsizlik sistemlərinə, anons sistemlərinə edilmiş inteqrasiyalar idarəetməyə effektiv təsirini göstərir. 

5. Sığorta proqram təminatları:

Zəng edənin polis nömrəsinə uyğun olaraq sığortalı olub olmaması, ödənişləri və sığorta hadisələri haqqında informasiyanın əldə edilməsi üçün ProCALL İntellektual Telefoniya Sistemi ilə Sığorta proqramları arasında inteqrasiyalar həyata keçirilib. 

İnteqrasiya imkanları bununla bitmir. Bunlardan əlavə ProCALL İntellektual Telefoniya Sistemi web resurslar üzərində hazırlandığından rahatlıqla şirkətin rəsmi internet səhifəsinə və online çat sisteminə inteqrasiya olunur. Rəsmi internet səhifəsi ilə inteqrasiya online mağazaların idarəetməsində çox böyük əhəmiyyətə malikdir. Online çat sistemi ilə inteqrasiya, operatorların həm zəngləri, həm də online yazışmaları eyni panel üzərindən idarə etməyə imkan yaradır. 

PRONET MMC-nin layihəsi olan ProSpect ERP-nin təqdim etdiyi kiçik, orta sahibkarlıq və iri biznes, təşkilat və idarələr üçün hazırlanmış ProCALL, bank, taksi, İnternet-mağaza, autsorsinq çağrı mərkəzi, tədarük xidməti və ya bələdiyyə xidməti olmasından asılı olmayaraq, istənilən şirkətin və təşkilatın tələbatlarına asanlıqla uyğunlaşır. Zəruri hallarda o, CRM və ERP sistemlərinə, eləcə də xidmətin idarə olunması və texniki dəstək sistemlərinə inteqrasiya edir.

ProCall-un sonsuz imkanları yalnız Sizin istəklərinizlə məhdudlaşır!

Bizimlə əlaqə:

web:http://prospect.az/

e-mail: [email protected]

Tel: +99412 3102121

PRONET MMC

İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti