Xəbər lenti

““İnter” bir az qanımızı qaraldıb” – Rövnəq Abdullayev
İdman10:33 24.07.2015

““İnter” bir az qanımızı qaraldıb” – Rövnəq Abdullayev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Çempionlar liqasının qrupuna düşsək, razi qalaram”. 

Qaynar.info Supersport.Az-a istinadən xəbər verir ki, Avroliqanın ikinci təsnifat mərhələsində keçirilən "Qəbələ" - "Çukariçki" oyununu canlı izləyən AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlama verib: “Çox maraqlı oyun alındı. "Qəbələ" əla oyun nümayiş etdirərək, adını növbəti mərhələyə yazdırdı. "İnter" bir az qanımızı qaraldıb, görək sonu necə olacaq" - deyə, qurum rəhbəri bildirib. 

AFFA prezidenti, "Klublarımız Avrokuboklarda rekorda doğru gedir" fikri ilə razılaşmayıb: "Hansı rekordan söhbət gedir? "Qarabağ"ı da təbrik edirəm. Klublarımız daha çox çalışmalı və yüksək səviyyədə oynamalıdırlar. Rekord o zaman olar ki, Çempionlar Liqasının qrup mərhələsində təmsilçimiz oynasın"

Qaynar.info