"İnter Mayami" Messidən sonra daha bir ulduzu transfer etmək niyyətindədir.
Qaynarinfo xəbər verir ki, ABŞ klubu Serxio Ramosu da almaqla Messi ilə yenidən komanda yoldaşı etmək istəyir. "Sport"un məlumatına görə ötən həftələrdə Messi və Serxio Busketsin transferini açıqlayan "İnter Mayami" ispan müdafiəçi ilə anlaşamağa çalışır.
Uzun illər Madrid "Real"ının heyətində sabiq "Barselona"lı Messi ilə rəqabət apardıqdan sonra PSJ-də argentinalı ulduzla bir araya gələn, hazırda isə klubsuz olan Ramos "İnter Mayami"nin formasını geyinə bilər.
"İnter Mayami"nin digər ispan futbolçu Jordi Albanı da transfer etməyə çox yaxın olduğu bildirilir.
Səbuhi Həsənov