Xəbər lenti

“İnter” növbəti mərhələdə!
İdman18:31 23.07.2015

“İnter” növbəti mərhələdə!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Avropa Liqasında II təsnifat mərhələsində cavab oyunları keçiriləcək. 

Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “İnter” İslandiya “Hafnarfyordur”u ilə qarşılaşacaq.

Paytaxt təmsilçisi öz meydanında mərhələ keçməyə çalışacaq. Səfərdə 2:1 hesabı ilə qalib gələn Zaur Svanadzenin yetirmələri mərhələ adlamağın bir addımlığındadı.

Tarixində ilk dəfə 3-cü raunda yüksəlməyə yaxın olan “bankirlər” uduzmasa, İspaniya “Atletik”inə rəqib olacaq. Bakılıları hətta 0:1 hesablı məğlubiyyət də növbəti mərhələyə daşıyacaq.

Avropa Liqası

II təsnifat mərhələsi

Cavab oyunu

"İnter" (Bakı, AZƏRBAYCAN) - "Hafnarfyordur" (İslandiya) - 2:2

Qol: Abbas Hüseynov, 45+1, Rauf Əliyev, 91 - Valdimarsson, 47, Finnboqasson, 52

Qırmızı vərəqə: Finnboqasson, 55

Baş hakim: Yaroslav Kozık

Yan xətt hakimləri: Semyon Şlonçak, İqor Alyoxin 

Dördüncü hakim: Sergey Boyko (hamısı Ukrayna) 

UEFA hakim-inspektoru: Cerrard Perri (İrlandiya) 

UEFA nümayəndəsi: Artur Qaydels (Litva)

Bakı. “İnter Arena” stadionu 

İlk oyun – 2:1

“İnter”: 25. Səlahət Ağayev, 3. Xuanfran, 4. Laşa Kasradze, 14. Zurab Xizanişvili, 30. Abbas Hüseynov, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov, 11. Rauf Əliyev, 23. Dieqo Martins

Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Denis Silva, 22. İlkin Qırtımov, 10. Elnur Abdullayev, 15. Yan Polyak, , 13. Mirsahib Abbasov, 45. İlkiin Sadıqov

Baş məşqçi: Zaur Svanadze

“Hafnarfyordur”: 12. Finnboqason, 4. Tillen, 5. Petur Vidarsson, 20. Kassim Dumbia, 26. Conatan Hendriks, 8. Emil Pallson, 9. Torarin Valdimarsson, 10. David Vidarsson, 13. Byarni Vidarsson, 22. Servi, 11. Atli Qudnason

Ehtiyat oyunçular: 15. Torrison, 21. Bödvar Bödvarson , 16. Consson, 23. Qudmundsson, 18. Finboqason

Baş məşqçi: Haymir Qudyonson