Xəbər lenti

İnternet mediasında yeni layihə - Odeyir.Az
Ekonomiks09:05 12.07.2016

İnternet mediasında yeni layihə - Odeyir.Az

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın internet mediasına "Vətəndaş Jurnalistikası" prinsipi ilə çalışan yeni layihə fəailiyyətə başlayıb.

Qayarinfo.Az-ın verdiyi xəbərə görə, Odeyir.az adlı layihə istifadəçilərin paylaşdığı xəbərlər əsasında çalışacaq.

Adətən 3-cü tərəf olaraq görünən hadisə şahidləri artıq 1-ci dərəcli #odeyirçi olaraq xəbəri anında paylaşacaqlar. Burada hər kəs gördüyü maraqlı hadisəni, çəkdiyi şəkili, gördüyü maraqlı videonu öz ünvanından rahatlıqla paylaşa bilərlər.

"Vətəndaş Jurnalistikası" layihəsinin əsası olaraq hazırlanmış odeyir.az qrafik interfeys və çoxfunkionallığı ilə də seçilir. Hər bir detalı ustalıqla hazırlanmış saytda rəng seçimindən istifadəçi məlumatlarının təhlükəsizliyinə qədər hər şey ən incə detalına qədər diqqətlə hazırlanmışdır.

Ən çox marağa səbəb olan və istifadəçinin ürəyini sıxan hissə olaraq bilinən reklam hissəsində belə #odeyir komandası fərqli bir yol seçmişdir. Belə ki xəbər üzərindən ediləcək olan reklamlar istifadəçilərin öz ixtiyarlarına veriləcəkdir.

Odeyir.az-ın marketinq nümayəndəsi İmam İmamlının Qaynarinfo.az-a verdiyi məlumata görə, paylaşılan kontentlər odeyir.az komandası tərəfindən redaktə olunaraq ümumi istifadəçilərə təqdim olunur.

 "Odeyir.az həmçinin müxətlif təyinatlı şirkətlərlə, xeyriyyə cəmiyyətləri və digər elektron marketinq nümayəndəlikləri ilə sıx əməkdaşlıq edəcəkdir. İlk olaraq "absheronstore.com" un media nümayəndəliyini üzərinə götürən odeyir.az yaxın gələcəkdə mediada öz sözünü deyən güclü tərəfə çeviriləcəkdir. “#odeyir ,  #xebersiz_qalma hashtagları seçilmiş sloqanımızın bir hissəsidir”- İmam İmamlı bildirdi.

Qaynarinfo.Az