Xəbər lenti

İnternet ucuzlaşacaq
Ekonomiks10:35 08.11.2013

İnternet ucuzlaşacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda internetin qiymətlərinin azaldılmasının növbəti dalğası gözlənilir. 

Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib. 

Onun sözlərinə görə, bu məsələ aktualdır və bu istiqamətdə daim işlər aparılır: "Məsələ internet xidmətlərinin tədarükçüləri ilə dəfələrlə müzakirə olunub. İnternet provayderləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılması və istifadəçilərə geniş seçimin təqdim edilməsi üçün mobil nömrələrin daşınması xidmətinə analoji olan internet portlarının daşınması xidmətinin tətbiqi məsələsinə baxılır. 

Hazırda bu istiqamətdə işlər hazırlıq mərhələsindədir". E.Vəlizadənin sözlərinə görə, tezliklə genişzolaqlı internetin inkişafı layihəsinin liberallaşdırılması üzrə işlərə başlanılacaq: "Yaxın üç il üçün nəzərdə tutulan layihə genişzolaqlı qoşulmaların sayının əhəmiyyətli dərəcədə artmasına və xidmətin hər kəs üçün əlçatanlılığına imkan yaradır".

Qaynar.info