Xəbər lenti

İnternetdə təhlükəli virus yayılır
Ekonomiks16:45 22.09.2014

İnternetdə təhlükəli virus yayılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Win32/Injector.BLWX” troyanından ibarət olan yeni spam maliyyə sənədi şəklində məktublara əlavə olunur. Artıq Ukrayna və Böyük Britaniya istifadəçiləri bu virusdan ziyan çəkiblər.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu ziyanverici proqram təminatının xüsusiyyəti troyanın yerləşdiyi arxivdir. O, ilkin mərhələdə DOS və “Windows” üçün hazırlanmış paritet ARJ arxivatoru ilə yığılıb.
“Win32/Injector” ailəsinə aid olan troyanlar geniş funksionala malikdirlər və digər ziyanverici proqram təminatının quraşdırılması, şəxsi məlumatların oğurlanması, virusa yoluxmuş qurğuların botnetəbirləşdirilməsi, spamın yayılması və DDoS hücumların təşkili üçün istifadə edilirlər.
Qaynar.info