Xəbər lenti

İnternetin sürətinə görə dünya reytinqində necə irəliləmişik?
Texnologiya 11:26 17.08.2023

İnternetin sürətinə görə dünya reytinqində necə irəliləmişik?

"Azərbaycanın reytinqdə irəliləməsi o demək deyil ki, bizdə nəsə yaxşılaşıb və ya pisləşib. Sadəcə müqayisəli reytinqdə bir neçə pillə qabağa düşüb". 

Bu sözləri Qaynarinfo-ya internet məsələləri üzrə ekspert Vahid Qasımov Azərbaycanın mobil internetin sürətinə görə iyul ayında dünya reytinqində irəliləməsini şərh edərkən bildirib. 

Maraqlıdır ki, reytinqdə irəliləyən Azərbaycanın internet sürəti istehlakçılar arasında "sinifdə qalır". Belə ki, reytinqlərlə müqayisədə realda istehlakçılar internet bağlantı növlərində yaşanan sıxıntılardan narazıdırlar. 

Vahid Qasımov isə ölkədə internetin inkişafının müşahidə olunduğunu deyir: 

"Reytinqdəki irəliləyiş internetin yaxşılaşması anlamına gəlmir. Bizdə heç bir irəliləyiş olmasa, amma yan yörədəki ölkələrdə vəziyyət pisləşsə, o zaman avtomatik olaraq onlardan üst pilləyə yüksəlirik. Ancaq məsələyə adekvat şəkildə yanaşsaq, prinsipcə, Azərbaycanda internetin inkişafı müşahidə olunur. Arada texniki problemlərin olması normal haldır. Çünki bu internet sizin personal internetiniz deyil. Bir neçə istehlakçı arasında bölüşdürülür. Belə olan halda kimsə ağır bir fayl yükləyirsə, və ya 4K videoya baxırsa, həmin vaxt digər istifadəçinin internet sürəti aşağı düşür. Bunun isə həlli ondan ibarətdir ki, 5G-yə keçmək lazımdır. Çünki ağıllı şəhərlər və əşyaların interneti dövründə sürət artıq olmalıdır. Aldığınız internet 20-30 Mbitdirsə, o bütün ehtiyacları qarşılamaya bilər".

Röya Kərimli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->