
Bakı Ali Neft Məktəbinin (BANM) "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu tələbə yataqxanasının 11-ci mərtəbəsindən düşərək vəfat edib.
Məktəbin mətbuat xidmətindən Qaynarinfo.Az-a verilən məlumatda deyilir ki, hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. İstintaq getdiyinə görə hadisənin mümkün səbəbləri barədə məlumat verilmir.
Məktəbdən verilən açıqlamada bildirilir ki, son vaxtlar tələbə özünə qapanıb, son bir ayda dərslərdə iştirak etməyib, BANM-in müvafiq qurumları bununla bağlı tələbənin valideynlərini məlumatlandırıblar.
Həmin tələbənin kəsri olub-olmaması məsələsinə isə mətbuat xidməti aydınlıq gətirmək istəməyib.
BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri baş vermiş hadisə ilə bağlı tələbənin ailəsinə və yaxınlarına başsağlığı verirlər.Qaynarinfo.Az