Xəbər lenti

İntiqam Əliyevin səhhətində ciddi problemlər yaranıb
Siyasət12:23 15.05.2015

İntiqam Əliyevin səhhətində ciddi problemlər yaranıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İntiqam Əliyevin səhhətində ciddi problemlər yaranıb.

Qaynar.info xəbər verir ki, bu barədə məlumatı vəkil Cavad Cavadov yayıb.

Vəkil bildirib ki, bu gün İqtiqam Əliyevlə görüşmək üçün Bakı İstintaq Təcridxanasına getmişdim:"İntiqam müəllim görüşə gəlmədi və xəbər göndərdi ki, belində kəskin ağrılara görə hərəkət edə bilmir, çox həyəcan verici bir xəbərdir. Hal hazırda Penitensiar Xidmətə və Bakı İstintaq Təcridxanasına müraciətlər hazırlayıram".

İntiqam Əliyevə 7 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

Yerli və beynəlxalq hüquq müdafiəçiləri İntiqam Əliyevin həbsini siyasi sifariş hesab edir. Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» İntiqam Əliyevi «vicdan məhbusu» elan edib.​

Elkin Xəlilov

Qaynar.info