Xəbər lenti

"İnvestAz Asset Management"İn lisenziyasının müddəti bitib - AÇIQLAMA (YENİLƏNİB)
Ekonomiks09:45 13.03.2023

"İnvestAz Asset Management"İn lisenziyasının müddəti bitib - AÇIQLAMA (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya fondunun idarə edilməsi ilə məşğul olan "İnvestAz Asset Management" MMC-nin lisenziyasını ləğv edib.
Qaynarinfo bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bununla da, ölkədə investisiya fondlarının idarəçisi olan şirkətlərin sayı 1-ə düşüb. Hazırda bu sahə üzrə yalnız "AzFinance Asset Management" MMC lisenziyaya malikdir.
Xatırladaq ki, "İnvestAz Asset Management"i 2013-cü ildə "İnvest-Az İnvestisiya Şirkəti" QSC yaradıb. Onun nizamnamə kapitalı 300 min manat, qanuni təmsilçisi isə Şəhriyar Ağazeynal oğlu Qurbanzadədir. O, həm də təsisçi investisiya şirkətinin qanuni təmsilçisidir.
""İnvestAZ Asset Management”in lisenziyası ləğv edilməyib, müddəti bitib".
Bu, fikirləri isə Qaynarinfo-ya "İnvestAZ Asset Management” MMC-nin təsisçisi "İnvest-Az İnvestisiya Şirkəti" QSC-dən bildirilib:
"Şirkət 27 avqust 2013-cü ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən Qiymətli Kağızlar bazarında aktivlərin idarə olunması üzrə fəaliyyət ilə bağlı lisenziya almışdır. Lakin bu lisenziya ilə bağlı heç bir fəaliyyəti olmamışdır. Lisenziyanın müddəti 5 il olub və 2018-ci ildə bitmişdir. Şirkət fəaliyyətini dondurduğu üçün yenidən lisenziya üçün müraciət etməyib". 
Qeyd edilib ki, "İnvestisiya fondları haqqında" qanuna cari ildə ediləcək təkmilləşdirmə üzrə dəyişiklikdən sonra şirkət yenidən lisenziya üçün müraciət etməyi planlaşdırır.