Xəbər lenti

“iPhone 7”də internet sürətli olacaq
Ekonomiks05:26 10.09.2016

“iPhone 7”də internet sürətli olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yeni "iPhone 7" smartfonları "LTE-Advanced cat.9" standartındakı şəbəkədə çalışacaq.

Qaynarinfo.Az lent.az-a istinadən bildirir ki,  bu barədə "Apple" korporasiyasının saytında məlumat verilib. Bu standart mobil internetin sürətini 450 mbit/saniyə gücündə təmin edir.
 
"Gazeta.ru" yazır ki, Rusiyanın mobil operatorları artıq öz şəbəkələrinin yeni sürəti dəstəkləməsi üçün hazırlığa başlayıb. Belə ki, "Meqafon" gələn ildən Moskva və Sankt-Peterburqdakı abunəçilərinə bu sürəti təqdim edəcək. "Hələ 2015-ci ildə biz paytaxtdakı şəbəkəmizdə mobil cihazların 450 Mbit/saniyə sürət həddində işləməsini sınaqdan keçirmişik. Gələn il Moskva və Peterburqda yaşayan müştərilərimiz 600 Mbit/saniyəyə qədər sürət əldə edəcək", - deyə şirkətdən bildirilib.  
 
Xatırladaq ki, "Apple" sentyabrın 7-də "iPhone 7" və "iPhone 7 Plus" smartfonlarını təqdim edib.

Qaynarinfo.Az