Xəbər lenti

“iPhone 8”in əsl dəyəri açıqlandı
Ekonomiks18:35 29.09.2017

“iPhone 8”in əsl dəyəri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“IHS Markit”in analitikləri “Apple” şirkətinin yeni smartfonları “iPhone 8” və “iPhone 8 Plus”un əsl dəyərini açıqlayıblar.

"Qaynarinfo" xəbər verir ki, mütəxəssislərin hesablamalarına əsasən, 5,5 düym ölçüdə ekrana malik “iPhone 8 Plus” modelinin  tərkib hissələrinin qiyməti və istehsala çəkilən xərclər ümumilikdə 295 dollar təşkil edir.

Öz növbəsində, 4,7 düym ekranlı “iPhone 8” isə “Apple” şirkətinə 247 dollara baş gəlir. 

Qeyd edək ki, smartfonun qiyməti Azərbaycanda təqribən 1800 manat olacağı gözlənilir.

Qaynarinfo.Az