Xəbər lenti

İpoteka kreditlərini harda işləyənlər alır?
Ekonomiks16:11 02.09.2014

İpoteka kreditlərini harda işləyənlər alır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət xətti ilə ipoteka götüənlər arasında aylıq gəlir 300 manatdan az olanlar da var.

Azərbaycanda dövlət xətti ilə ipoteka krediti alan hər 10 nəfərdən 8-i dövlət sektorunda, neft-qaz şirkətlərində və bank sahəsində çalışanlardır.

Qaynar.info Fins.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan İpoteka Fondundan (AİF) bildirilib.

Belə ki, fondun məlumatına görə, indiyədək ipoteka krediti götürən borcalanların 38,9%-i dövlət xidmətində, 16,2%-i neft-qaz sektorunda,  22,1%-i bank sektorunda və yalnız  22,7%-i digər özəl sektorlarda çalışanlardır.

Bundan başqa, ipoteka krediti alan hər 10 nəfərdən 9-nun aylıq gəliri 500 manatdan artıqdır. Belə ki, ipoteka krediti alanların 18,8%-nin aylıq gəliri 500-700 manat, 21,7%-nin aylıq gəliri 700-900 manat, 16,6%-nin aylıq gəliri 900-1100 manat arasında, 35,9%-nin aylıq gəliri isə 1100 manatdan çoxdur. Fondun məlumatlarına görə, borcalanların cəmi 7%-i aylıq gəliri 500 manat qədər olanlardır. Dövlət xətti ilə ipoteka götüənlər arasında aylıq gəlir  300 manatdan az olanlar da var. Belələri cəmi 1%-dir.

İpoteka krediti götürənlərin ailə vəziyyətinə gəlincə, gözlənildiyi kimi, əksəriyyət evlilərdir. Fondun məlumatına görə, borcalanların 67,3%-i evlilər, 32,7%-i subaylardır. Digər tərəfdən, kredit alanların 82%-i kişilər, cəmi 18%-i qadınlardır.

Qaynar.info