Bu gün 28 May metrostansiyasının önündə təbliğat kampaniyası ilə bağlı vətəndaşlarla görüşərkən Ümid Partiyasının səlahiyyətli nümayəndələri Rəfail Tağızadə, Bakir Həsənbəyli və partiyanın mətbuat xidmətinin rəhbəri, eyni zamanda prezidentliyə namizəd İqbal Ağazadənin Seçki Qərargahının sədr müavini Elman Abbasov qanunsuz olaraq 22-ci polis bölməsinə aparılıb.
Bu barədə məlumatı "Qafqazinfo"ya Elman Abbasov bildirib.Onlar polis bölməsində bir saata yaxın saxlandıqdan sonra sərbəst buraxılıblar.
“Bu gün seçki qərargahının, partiya üzvlərinin və gənclərin partiyanın prezidentliyə namizədi İqbal Ağazadənin təbliğat kampaniyasını necə apardıqlarını müşahidə etmək üçün 28 may metro stansiyasının önündə dayanmışdıq. Polis nəfəri təbliğat aparan gənclərə yaxınlaşaraq onlardan ərazini tərk etməyi, namizədin təbliğat materialını paylamağı dayandırmağı tələb etdi. Biz ona namizədlərin təbliğat kampaniyası dövrü olduğunu, qanunsuz hərəkətə yol verilmədiyini, bütün hərəkətlərin Seçki Məcəlləsinə uyğun aparıldığını izah etməyə çalışsaq da, o bizdən polis şöbəsinə getməyi tələb etdi ” –deyə E. Abbasov bildirdi.
E. Abbasov əlavə olaraq qeyd etdi ki, onlarında izahat almaq istəyiblər.