Xəbər lenti

İqtisadçı ekspert qiymətlərin bahalaşmasından yazdı – “Gəlirdə afro, qiymətdə avro”
Ekonomiks11:46 02.09.2016

İqtisadçı ekspert qiymətlərin bahalaşmasından yazdı – “Gəlirdə afro, qiymətdə avro”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qaynarinfo.Az-ın verdiyi xəbərə görə, iqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkədə məktəb ləvazimatının bahalığından yazıb. Ekspert məktəb ləvazimatlarının əməkhaqqıya uyğun olmamasını vurğulayıb:

"Evdəki şagirdlər üçün məktəb ləvazimatları aldım. Təxminən hər uşaq üçün 40 manat lazımdır. Bu məbləğ Statkomun elan elədiyi orta aylıq rəsmi əmək haqqının 10%-nə yaxındır.

Dünən delfi saytı 3 Baltik ölkəsində bu xərcləri hesablayıb. Məlum olub ki, həmin ölkələrdə 28-30 avro arasında vəsait tələb olunur. 

Amma, məsələn Estoniyada hazırda orta aylıq əmək haqqı 1165 avrodur. Yəni bu əmək haqqının cəmi 2.5%-i ilə məktəb ləvazimatı almaq olar.

Yeri gəlmişkən, bizdə ən ucuz dəftər 11, ən bahası 35 avrosentdir. Yəni orta qiyməti 20 avrosentdən bahadır. Amma aşağıdakı linkdə görəcəksiniz, Estoniyada dəftərin orta qiyməti 6 avrosentdir.

Orta azərbaycanlının aldığı əmək haqqı (250 avro) orta estonun əmək haqqısından (1165) təxminən 5 dəfə azdır. Amma orta azərbaycanlı ilə orta estonun məktəb ləvazimatına çəkdiyi xərc də təxminən eynidir (25-30 avro).

Azərbaycan iqtisadiyyatının daimi problemidi bu - gəlirlər az, qiymətlər baha. Buna deyirlər - gəlirlərdə afro, qiymətlərdə avro standart"

Pərvin Zeynal

Qaynarinfo.Az