İran bu gün karbohidrogen istehsal edən ölkələrin Dohada keçiriləcək görüşünə öz nümayəndələrini göndərməkdən imtina edib.
"Report" xəbər verir ki, bu barədə İslam Respublikasının neft naziri Bijan Namdar Zanqanenin bəyanatında bildirilir.
Onun sözlərinə görə, danışıqlarda neft hasilatını dondurmaq məsələsini müzakirə etmək istəyən tərəflər iştirak edirlər.
"İran belə bir plan imzalamayacaq, bizim bu görüşdə iştirakımız vacib deyil", - deyə o əlavə edib.
Qaynar.info