Xəbər lenti

İran gəmisinin Xəzər dənizində batma anı (VİDEO)
Ölkə05:58 27.07.2019

İran gəmisinin Xəzər dənizində batma anı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 26-da Xəzər dənizində İrana məxsus gəmi batıb.
Qaynarinfo "Report"a istinadən "Şəbahəng” quru-yük gəmisinin batmasının və 9 nəfərlik ekipaj üzvlərinin xilas edilmə anının görüntülərini təqdim edir. 
Qeyd edək ki, iyulun 26-da Dövlət Sərhəd Xidmətinin Sahil Mü­ha­fi­zə­sinin Baş Komanda-Nəzarət Mərkəzinə İran bayrağı altında üzən "Şəbahəng” quru-yük gəmisinin Lənkəran rey­din­də sa­hil­dən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata ke­çirən "Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib. 
Bundan başqa, əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri cəlb olunub. 
Sərhəd gözətçi gəmisi və helikopterlər hadisə yerinə çataraq xilasetmə əməliy­yatına başlayıb, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib. 
Gəmi heyəti xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.
Gəminin xilas edilmiş heyət üzvləri Bakıya gətirilib. Heyət üzvlərindən 7 nəfəri İran, ikisi isə Hindistan vətəndaşıdır.
Gəminin batmasına səbəb kimi ağır yükün olması və fırtınalı hava şəraiti göstərilir.
<iframe src="//player.qaynarinfo.az/?o=24063" width="560" height="315" frameborder="0" scrolling="no" id="hdvideoiframe" webkitallowfullscreen="" mozallowfullscreen="" allowfullscreen="">