Xəbər lenti

İran generalının öldürülməsi xəbəri neft qiymətlərini bahalaşdırdı
Ekonomiks05:52 03.01.2020

İran generalının öldürülməsi xəbəri neft qiymətlərini bahalaşdırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İraqda İran İnqilabı Keşikçiləri Qvardiyasının ("Sepah”) "Quds” qanadının komandanı, general Qasım Süleymaninin öldürülməsi xəbəri fonunda "qara qızıl”ın qiyməti bahalaşıb.
Qaynarinfo report-a istinadən xəbər verir ki, mart ayında tədarük olacaq "Brent” markalı neft fyuçerslərin qiyməti 2,76% yüksələrək 60,42 dollar/barelə çatıb.
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin fevral ayı üçün fyuçerslərin qiyməti 2,75% qalxaraq 62,82 dollar/barelə bərabər olub.