Xəbər lenti

İran kanalları "Azerspace-1"lə yayımlana bilər
Ölkə13:00 13.06.2015

İran kanalları "Azerspace-1"lə yayımlana bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan və İran kompyuter və telekommunikasiya avadanlığının birgə istehsalına başlayacaq və bu, iki ölkə arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əsas əməkdaşlıq istiqamətlərindəndir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən azvision.az-a verilən məlumata görə, iki ölkənin birgə istehsal perspektivlərinə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun başçılıq etdiyi nümayəndə heyətinin iyunun 15-də İrana səfəri çərçivəsində baxılacaq.
Səfər çərçivəsində televiziya və radio yayımı və peyk rabitəsi sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Eyni zamanda "Azerspace-1" telekommunikasiya peykinin resurslarından İranın televiziya və radio kanallarının yayımı üçün istifadə edilməsi məsələsi barədə danışıqlar aparılacaq.
Qaynar.info