İran Milli Bankının Bakı filialının vergi borcu yaranıb.
Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.
Məlumata görə, bankın hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 59 318.26 manat vergi borcu mövcuddur. Borcun yaranma səbəbləri isə məlum deyil.
Məlumat üçün bildirək ki, İran Milli Bankının Bakı filialı 2025-ci ili 4,412 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da 2024-cü illə müqayisədə 42,8 % azdır.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.
Şərhlər