
Şeyxülislam Allahşükür Paşazadə İran Prezidenti Həsən Ruhanini Azərbaycana dəvət edib.
Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri A.Paşazadə bu dəvətini İran Sərhəd Polisinin nümayəndə heyəti ilə görüşdə səsləndirib: "Hər kəsə məlumdur ki, İran İslam Respublikasının yeni Prezidenti seçilib. Mən Həsən Ruhani Prezident seçildiyinə görə çox sevindim. Mənim onunla dostluq əlaqələrim var.
Bilirəm ki, ölkənin yeni Prezidenti seçilməsi ilə əlaqədar işləri çoxdur. Buna baxmayaraq, mən onu Azərbaycana dəvət edirəm".
Şeyxülislam, həmçinin Azərbaycan və İranda aparılan siyasət barədə danışıb: