İranda yaşayan Qaşqay türkləri su qıtlığı probleminə etirazı edir.
Qaynarinfo bu barədə "Alarabiya"nın fars bölməsinə istinadən xəbər verir.
Fars əyalətinin Kəreei kəndi və Mərvdəşt şəhəri ətrafındakı digər kəndlərin bir sıra sakinləri şənbə günü su probleminə və hökumətun səhlənkarlığına etiraz əlaməti olaraq Ərsəncan-Mərvdəşt yolunu bağlayıblar.
İyulun 10-da isə bu yolda etirazların və blokadaların davam etdiyi barədə məlumatlar yayılıb.
Qeyd edək ki, su böhranı İranın əksər bölgələrini əhatə edir və rəsmi qurumların hesabatlarına görə, ölkənin 31 vilayətindən ən azı 25-i ciddi su çatışmazlığı problemi ilə üzləşib.
Aydın
Şərhlər