XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İranda saxta araqdan 8 nəfər ölüb, 59 nəfər zəhərlənib
Dünya14:49 03.05.2022

İranda saxta araqdan 8 nəfər ölüb, 59 nəfər zəhərlənib

İranda qeyri-standart şəkildə evdə istehsal olunmuş alkoqollu içki qəbul edən 8 nəfər ölüb və 59 adam zəhərlənib. 
Bu barədə Qaynarinfo İranın Fars agentliyinə istinadən xəbər verir. 
Məlumata görə, hadisə İranın cənub zonalarında baş verib. 
Bəndər Abbas şəhərinin polis rəisi Teymur Dolatiarı bildirib ki,  gizli obyektlər və evlərdə alkoqol istehsal edən bir neçə nəfər həbs olunub. 
İranda alkoqollu içkilərin idxalı, istehsalı və qəbuluna qadağa qoyulub. Amma həm qaçaqmalçılar vasitəsilə ölkəyə gətirilir, həm də gizlicə evlərdə istehsal olunur.  
M.Arif